Hərbi ekspert, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Ədalət Verdiyev Teleqraf.com-un qonağı olub.
Ədalət Verdiyev müsahibə zamanı əvvəlcə Ermənistan ordusunun sərhəddə törətdiyi təxribatlar barədə fikirlərini bölüşüb. Bu təxribatların haradək inkişaf edə biləcəyindən bəhs edib.
Müsahibimiz erməni yaraqlılarının ardıcıl təxribatlarına mümkün reaksiya kimi Laçın dəhlizinin bağlanmasına dair bəzi ictimaiyyət nümayəndələrinin irəli sürdükləri təklifləri dəyərləndirib.
Ədalət Verdiyev minalanmış ərazilərin xəritəsinin alınması məsələsində gəlinən nöqtəni qiymətləndirib. Həmçinin, ehtiyatda olan mayor kimi ərazilərin minalanması prosedurunu açıqlayıb.
Müsahibə zamanı Ermənistanın üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə göndərdiyi diversantlar, onlar üzərində məhkəmə prosesinin keçirilməsi barədə söhbət açılıb.
Söhbət zamanı Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti barədə də müzakirələr aparılıb. Üçtərəfli bəyanatın müvafiq bəndində rus sülhməramlılarının yerləşdirilməsi ilə qondarma rejimin silahlı tör-töküntülərinin çıxarılmasının paralel getməsinin nəzərdə tutulmasına baxmayaraq bunun indiyədək baş verməməsinin narahatlıq doğurduğu vurğulanıb.