15 İyun 2021 21:55
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milli Qurtuluş Günü imzalanan Türkiyə ilə Azərbaycan arasında "Müttəfiqlik haqqında" Şuşa Bəyannaməsi yeni bir dirilişin, yenidən doğuluşun müjdəsidir".

Teleqraf.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Şuşa Bəyannaməsindən danışan Dövlət Komitəsinin sədri deyib:

"Xalqlarımızın və ölkələrimizin həyatında tarixi əhəmiyyət daşıyan bu sənəd Qars müqaviləsinin qəbulundan 100 il sonra müdafiə sənayesi və qarşılıqlı hərbi yardımı da nəzərdə tutan vəzifələr müəyyən etməklə müştərək gələcəyimizə tam təminat verəcəkdir".

Qeyd edək ki, iyunun 15-də Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.


Müəllif: Teleqraf.com