16 İyun 2021 14:40
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə keçirilən Avropa Birliyi-ABŞ sammitindən sonra Amerika Prezidenti Co Bayden, AB Şurasının başçısı Şarl Mişel və AB Komissiyasının rəhbəri Ursula van der Leyen birgə bəyanat veriblər.

Teleqraf.com xəbər verir ki, bəyanatda Şərq Aralıq dənizindəki durum və Türkiyə ilə əməkdaşlıq məsələləri də öz əksini tapıb.

Tərəflər Türkiyə ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Bəyanatda Çinə və xüsusilə Rusiyaya geniş yer verilib.

Bəyanatda Rusiyaya münasibətdə birlik çağırışı edilib, ABŞ və AB-dən Moskvaya qarşı atılacaq addımların birlikdə razılaşdırılmasının vacibliyi vurğulanıb.

“Rusiyanın Ukrayna və Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini pozan addımlarını qınayırıq, - tərəflər bildiriblər.

AB və ABŞ Moskvanı siyasi müxalifətə qarşı təzyiqlərə son qoymağa çağırıb.

Bəyanatda rabitə kanallarının açıq saxlandığı, Moldova, Ukrayna və Gürcüstan kimi şərq tərəfdaşlarının bundan sonra da dəstəklənəcəyi və Belarus xalqı ilə həmrəy olduqları vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər