İranın Azərbaycanla olan dövlət sərhədinin yaxınlığında bu ölkənin mərhum dini rəhbəri Ruhullah Xomeyninin portretini yerləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.
O, rəsmin bir neçə kilometrdən göründüyünü bildirib: "İranın Azərbaycanla olan dövlət sərhədinin yaxınlığında, Araz çayının kənarında İran islam inqilabının lideri, mərhum Ruhullah Xomeyninin rəsminin olduğu böyük bir lövhə quraşdırıb. Xudafərinin əks tərəfində, təpə yamacındakı lövhənin ölçüsü o qədər böyükdür ki, Xomeyninin rəsmi Azərbaycan ərazisində bir neçə kilometrdən görünür.
Qarabağın işğaldan azad edilməsi və Araz çayının şimalının Azərbaycan dövləti tərəfindən geri alınmasından sonra, indi İran hökuməti sərhəd boyunca ərazilərdə bir sıra tədbirləri gerçəkləşdirir. Həm də onun rəsmi məqsədyönlü şəkildə və yalnız Azərbaycandan görünə biləcək şəkildə quraşdırılıb.
Araz çayının şimal bölgələri Ermənistan işğalında saxlanıldığı 30 il ərzində İran tərəfi sərhəd zolağında heç bir bayraq, habelə ayətulla Xomeyni və ya İranın indiki dini lideri ayətulla Xameneynin rəsmlərini quraşdırmamışdı”.