Rusiyanın həlledici töhfəsi ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransı iştirakçılarını salamlayarkən deyib.
Onun sözlərinə görə, rus sülhməramlıları regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin edirlər: "Humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görülür. Rusiya qonşu ölkələrin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını heç vaxt unutmur və bundan sonra da münaqişə regionlarında vəziyyətin diskalasiyasına, ümumi qitəmizdə sülh və sabitliyin möhkəmləndirilməsinə kömək göstərmək niyyətindədir".