Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon vasitəsilə danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata əsasən, söhbət zamanı ikitərəfli münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə olunub.