9 İyul 2021 12:05
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Əfqanıstanda hərbi iştirakına son qoyur, 20 ildən sonra bu ölkəni tərk edir. Çin də bir neçə gün əvvəl vətəndaşlarına müraciət edərək Əfqanıstanı tərk etməyə çağırıb”.

Bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Azərbaycanın sülhməramlılar tərkibində Əfqanıstanda 120 hərbçisi var:

“Mənim fikrimcə, parlamentin müvafiq komitəsi bu məsələni müzakirə etməlidir. Eyni zamanda hökumətə də müraciət edilməlidir. Nə qədər gec deyil, oradan çıxmalıyıq”.

Deputat qeyd edib ki, ABŞ ərazidən çıxdıqdan sonra Taliban rəsmi əfqan hökumətinin nəzarətində olan əraziləri bir-bir ələ keçirir:

“Orada İslam respublikası qurmaq istəyirlər. Əhali bunu istəyir. Xalqa imkan vermək lazımdır ki, təbii inkişaf yolu ilə getsin”.


Müəllif: Nemət

Oxşar xəbərlər