9 İyul 2021 12:44
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hüquq-mühafizə orqanları Sünik (Zəngəzur) rayonunun Vorotan kəndinin başçısı Suren Ohancanyanın evində axtarış aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ohancanyanın özü məlumat verib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları məhkəmənin icazəsini göstəriblər. Hazırda onun evindədirlər.

Bundan əvvəl İrəvan yurisdiksiya məhkəməsi son seçkilərdə vətəndaşları sabiq prezident Robert Köçəryanın “Hayastan” blokuna səs verməyə məcbur etmək ittihamı ilə Qaraxunc (Gorus) kəndinin başçısı Lusina Avetyanın həbs edilməsi barədə qərar qəbul etmişdi.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda keçirilən erkən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası qalib gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər