24 İyul 2021 15:12
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sosial-iqtisadi inkişafın yeni isiqamətlər üzrə prioritetləri mövcuddur. Bu məqsədlə ölkəmizdə ardıcıl olaraq proqramlar icra edilir. Məhz 2004-cü ildən Prezident İlham Əliyevin sərəncamları ilə regionların sosial iqtisadi inkişafı istiqamətində qəbul edilən dövlət proqamları bu siyasətin ana xəttini təşkil edib. Məqsəd ölkəmizdə dayanıqlı sosial siyasətin formalaşmasına, insanların təminatlı həyat səviyyəsinə nail olmaqdan ibarət olub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, bu dövlət proqramlarının icrası nəticəsində bölgələrdə infrastruktur layihələri icra etməklə, sosial və iaşə obyektləri açmaqla əhali yeni iş yerləri ilə təmin edilib: “Bütün bunlar ölkədə iqtisadi fəallığı daha da artıran, əhalinin sosial təminatına müsbət təsir edən amillər hesab olunur.

Sözsüz ki, icra edilən hər bir sosial layihə bölgələr üzrə özünün spesifik göstəricilərinə uyğun inkişaf edib. Dövlət proqramları nəticəsində bölgələrin ümumi mənzərəsində əsaslı dəyişikliklər baş verib. Rayon mərkəzləri ilə qəsəbə və kəndlər arasındakı fərqlər minimuma enib. Bu isə ümumilikdə ölkəmizin inkişaf mənzərəsini özündə ehtiva edən amillərdən hesab olunur”.

Deputat bildirib ki, 2004-cü ildən başlanan regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası nəticəsində ölkəmizdə milyonlarla iş yeri açılıb: “İnsanların məşğulluğu təmin edilib. Qeyri-neft sektorunun inkişafı istiqamətində vacib addımlar atılıb. Prezident İlham Əliyevin Qərb bölgəsinə səfərləri çərçivəsində bir daha gördük ki, regionlarımızın hər bir bölgəsinin, xüsusən də qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır.

Regionların sosial-iqtisadi inkişafı hər zaman dövlət siyasətinin əsasını təşkil edib. Bu baxımdan bölgələrdə iqtisadi siyasətə uyğun olaraq bütün sahələr üzrə canlanmanın təmin olunması üçün zəruri addımlar atılır. Bu uğurlu siyasət bundan sonra daha geniş spektorda davam etdiriləcək”.

Məlahət İbrahimqızı söyləyib ki, işğaldan azad edilmiş ərazilərdə yeni iqtisadi rayonların yaradılması həm tarixi, həm də iqtisadi əhəmiyyətə malikdir: “Yeni iqtisadi zonaların bölgüsü açıq şəkildə göstərir ki, artıq işğaldan azad olunmuş ərazilərimizin inkişafı diqqət mərkəzindədir. Şərqi Zəngəzur iqtisadi rayonun yaradılması üçün Azərbaycanın öz tarixinə və ənənəvi iqtisadi əsaslarına sadiqliyini nümayiş etdirir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər