26 İyul 2021 22:28
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan prezidenti və xalqının sayəsində vəziyyəti sabitləşdirməyə və mövcud problemlərin sülh yolu ilə həllinə nail olundu”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün bu ölkədəki diplomatik missiyasının başa çatması münasibətilə Azərbaycanın ölkəsindəki fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovla görüşündə deyib.

Prezident Belarus tərəfinin ötən il Azərbaycan və Ermənistan arasında Qarabağda kəskinləşən münaqişədən narahat olduğunu bildirib:

“Azərbaycanın və Prezidentinizin mövqeyi sayəsində vəziyyəti sabitləşdirməyə və mövcud problemlərin sülh yolu ilə həllinə nail oldunuz. Əlbəttə, sülhə gedən yol yeni başlayıb”, - Lukaşenko söyləyib.

Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan xalqı sakit, dinc həyata layiqdir.
Lukaşenki Belarus və Azərbaycan arasında digər ölkələrə örnək olacaq güclü dostluq münasibətlərinin olduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu