24 Avqust 2021 11:26
12 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Xidməti (MİT) koordinasiyalı şəkildə İraqın şimalındakı Asos bölgəsində 28 terror hədəfinə hava zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu hava əməliyyatı sayəsində PKK terror təşkilatına ağır zərbə vurulub.

“Türk Silahlı Qüvvələrinin PKK-ya qarşı təsirli və terrorla mübarizə əməliyyatı böyük əzm və qərarlılıqla davam edir. Bu çərçivədə 200 kilometrlik dərinlikdəki şimali İraqın Asos bölgəsində olan və terrorçular tərəfindən istifadə olunan hədəflərə MİT-lə koordinasiyalı şəkildə hava əməliyyatı keçirilib. Əməliyyat bu gün baş tutub. 20-dən çox qırıcı hava əməliyyatı çərçivəsində terrorçuların anbarlarına, sığınacaqlarına, silah depolarına ümumilikdə 28 hədəfi vurub”,-Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib.

Məlumatda vurğulanıb ki, böyük ölçüdə yerli silahlardan istifadə olunan hava əməliyyatı zamanı PKK terror təşkilarının bu bölgədəki varlığına ağır zərbə endirilib:

“Millətimizin bağrından çıxan Türk Silahlı Qüvvələri tərəfindən ökəmizin və millətimizin təhlükəsizliyi üçün terrorla mübarizə ən son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər