4 Sentyabr 2021 20:09
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160 B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır.

Bu barədə Teleqraf.com-a siyasi partiyalardan məlumat daxil olub.

Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işləri partiya rəhbərlərinin ölkə başçısına ünvanladığı müraciətdən sonra, Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilir.

Bildirilib ki, artıq dünəndən etibarən abadlıq işlərinə start verilib. Ərazidə yaşıllıq sahəsi salınır, təmizlik işləri aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər