30 Sentyabr 2021 11:36
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrana səfərim zamanı qeyd etdim ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi Qələbə ilə ərazi bütövlüyünü bərpa edib. Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıdıb, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir edib”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı spiker Sahibə Qafarova deyib.

Spiker İranı Xocalı soyqırımını tanımağa çağırıb:

“2022-ci ilin fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq. Görüşlərdə Xocalı soyqırımının bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar tanındığını vurğuladım. Bunu nəzərə alaraq, bu məsələyə İran parlamentinin də diqqət yetirməsinə toxundum”.


Müəllif: Nemət

Oxşar xəbərlər