30 Sentyabr 2021 11:56
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tərtib edilən qanunvericilik işlər planı bundan sonra da ölkədə həyata keçirilən tədbirlərə böyük töhvə olacaq. Bizi ötən ilin 27 sentyabrından 1 il 3 gün ayırır. Bu gün biz qalib dövlət və millətik. Bu şərəfli tarixi bizə yaşatdıqlarına görə, Silahlı Qüvvələrimizə və Ali Boş Komandan İlham Əliyevə minəttadaram.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclsin iclasında çıxışı zamanı Musa Qasımlı deyib.

O əlavə edib ki, 27 sentyabr münasibətilə keçirilən Anım Günü tədbirində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əllərində şəhid plakatları tutaraq yürüş etməsi şərəf, və milli ucalıq baxımından hamınızı razı saldı: “Bu gün müharibənin birinci il dönümünə dair Milli Məclisin qəbul olunacaq bəyanatı da bunu təsdiq edir.

Müharibədən keçən dövr ərzində işğaldan azad edilən ərazilərdə görülən işlər yalnız fəxarət yaratmır. Həm də dövlətin konkret planlarının olduğunu göstərir. Şəhid ailələrinə və qazilərə dövlətimizin qayğısı özünü daima göstərir”.

Deputat bildirib ki, bu müharibə zamanı bir sıra dünya alimləri Azərbaycanın ədalətli mövqeyini müdafiə ediblər:

“Belə alimlərin içərisində ABŞ, Avropa və Asiyadan olan alimlər də var. Bir qrup gənc mənə müraciət edərək təkliflərinin Milli Məclisdə səsləndirməyi xahiş ediblər. Azərbaycan vətəndaşı olmayan, amma dilimizi bilən, mədəniyyətimizi tərənnüm etmək istəyən şəxslərin ali təhsil ocaqlarında təhsil haqqının ləğv edilməsini, hər il belə şəxslər üçün qəbulda kvota ayrılmasını xahiş ediblər. İnanıram ki, aidiyyəti qurumlar buna diqqət ayıracaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər