1 Noyabr 2021 16:32
1 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyada qatıldığı G-20 sammiti çərçivəsində görüşdüyü fransalı həmkarı Emmanuel Makronla Ermənistan-Azərbaycan məsələsini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Makron görüşdə Cənubi Qafqazı gündəmə gətirdi. Dedim ki, mən ötən həftə orada olmuşam və hazırda Cənubi Qafqazda müsbət addımlar atılır və qardaşım İlham Əliyev də bu müsbət addımları qətiyyətlə davam etdirmək istəyir. Hətta Paşinyanla da görüşü olub.

Bu görüşdə də regionda “Altılıq” platformanın yaradılması məsələsi gündəmə gəlib. Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və həmçinin Ermənistan - hamısı razılaşsa, belə bir sülh platforması yaradacağıq. Bizim dərdimiz budur, bu da həll olunsa, yaxşı olar”, - Ərdoğan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər