4 Noyabr 2021 12:00
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bris Rokfeyl ATƏT-in Minsk Qrupunun yeni fransalı həmsədri təyin edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Fransa Prezidenti Emmanuel Makron fərman imzalayıb.

Bris Rokfeyl bu vəzifədə 2016-cı ilin oktyabr ayından etibarən 5 ildir həmsədr vəzifəsini tutan Stefan Viskontini əvəz edəcək.

Yeni həmsədr bu təyinatdan əvvəl – 2020-ci ilin sentyabrından Fransanın Özbəkistandakı diplomatik missiyasına rəhbərlik edib. Bundan əvvəl isə Fransanın Panamadakı səfiri və Rio-de-Janeyroda baş konsul olub.

2000-ci illərin əvvəllərində və ortalarında isə Bris Rokfeyl Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi vəzifəsini tutub.

Xatırladaq ki, bu ilin iyulunda Rusiya da ATƏT-in Minsk Qrupundakı həmsədrini dəyişib. Bu vəzifəni İqor Popovun yerinə İqor Xovayev tutub.


Müəllif: Səxavət

Oxşar xəbərlər