6 Noyabr 2021 14:06
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqına daxil olmadan Qərbi Balkan ölkələrinin parlaq gələcəyi ola bilməz. İttifaqa daxil olmaq bütün problemlərə son qoyacaq, ölkələrin stabilliyini bərqərar edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Xorvatiyanın keçmiş Prezidenti İvo Josipovic “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu"nda deyib.

Onun sözlərinə görə, NATO, Avropa İttifaqı qonşu Bosniya və Herseqovinadakı olan problemlərinin həllinə müəyyən mənada kömək edə bilər:

"Gec-tez Avropa İttifaqına üzvlük məsələsi həll olunmalıdır. Lakin biz bəzi ölkələrin üzvlüklə bağlı meyarları yerinə yetirməyə, islahatları həyata keçirməyə can atdığını görmürük. Mən Avropa İttifaqının Qərbi Balkan ölkələrini sıralarına qəbul etməsini istəyirəm. Bu tək onların deyil, bizim təhlükəsizliyim üçün də vacibdir.

Prezident olduğum dövrdə Bosniya və Herseqovinanın, Serbiyanın Avropa İttifaqına üzvlüyünü təbliğ etmişəm. Bu, Xorvatiyanın da maraqlarına cavab verən məsələlərdən biridir. Bu, tək siyasi və iqtisadi maraqlarla bağlı deyil, həm də mənəvi və humanizm baxımdan yanaşılmalı məsələdir.

Çünki biz uzun illər bir yerdə yaşamışıq, aramızda ticarət əlaqələri olub, ortaq tariximiz var. İstər Bosniya və Herseqovina, istər Serbiya, istər Xorvatiya üçün ən yaxşı həll yolu Avropa İttifaqında bir yerdə olmaqdır.

Əgər bu ölkələr ciddi daxili problemləri həll edə bilmirlərsə, onların Avropa İttifaqında gələcəkləri ola bilməz. Bu reallıq bütün ölkələr tərəfindən başa düşülməlidir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər