İsrailin xarici kəşfiyyat xidməti olan MOSSAD Tanzaniya, Qana və Seneqalda İran İnqilab Keşikçiləri Korpusunun Qüds birqadasına bağlı şəxslərin israilli turistlər və biznesmenlərinə qarşı hücumlarının qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Kanal-12” televiziyası bildirib.
Məlumata görə, hadisə ilə əlaqədar saxlanılan Afrika kökənli beş nəfərin İranla əlaqəsinin olduğu, Qüds birqadası tərəfindən Liviyaya göndərilərək burada təlim keçdiyi bildirilib.
Qeyd edilir ki, bu şəxslər getdikləri ölkələrdə hədəflərinə çatmaq məqsədilə araşdırma apardığı mərhələdə saxlanılıb.
MOSSAD-ın əməliyyatla bağlı infromasiyanı Qərb kəşfiyyat xidmətlərindən aldığı qeyd edilib.