18 Noyabr 2021 11:37
7 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın noyabrın 16-da həyata keçirdiyi növbəti təxribatın və hərbi avantüra sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı, artıq konkret mövqe və real addımlar tələb edən prosesin pozulması, yeni münaqişəli vəziyyətin yaranmasına xidmət edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, təxribat öncəsi Ermənistanda baş verən kadr dəyişiklikləri, həmçinin bu ölkənin təhlükəsizlik şurası katibinin açıqlamaları sübuta yetirir ki, hərbi avantüranın ssenarisi baş nazir Nikol Paşinyanın mətbəxində hazırlanıb və o, yaxın dostu Suren Papikyanı məhz bu məqsədlə müdafiə naziri vəzifəsinə təyin edib:

“Şübhəsiz ki, Ermənistan rəhbərliyini təxribata, hərbi avantüraya həvəsləndirənlərin sırasında bölgədə yaranmış reallıqları özü üçün təhdid sayan, bütün iddialarına, aqressiv davranışlarına rəğmən hikkəli bəyanatlarını geriyə oxumağa məcbur edilən riyakar, simasız qonşular da, min kilometrlərlə məsafədən prosesə qoşulmaq üçün “arı yuvası”na çöp uzadanlar da var.

Ermənistanın noyabr ayının ilk ongünlüyündən başlayaraq, həm Azərbaycanla sərhəddə, həm də Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərində Tovuz ssenarisinə uyğun bir şəkildə təxribatlara əl atması, rəsmi İrəvanın ənənəvi siyasətindən əl çəkmədiyini və çəkməyəcəyini bir daha təsdiqləyir. Bəlli olduğu kimi, Azərbaycanın Tovuz rayonu istiqamətindən həyata keçirilən təxribatların məqsədi sərhəd ərazilərində üstünlüklərə sahiblənməklə ətraf əraziləri daim təhlükə altında saxlamaq, davamlı hərbi təxribatlarla ölkəmizin ictimai rəyinə neqativ, bölücü təsir göstərməkdən, ölkəmizi təslimçi sülhə məcbur etməkdən ibarət idi. Amma düşmənin təxribat ssenarisi əks-effekt verdi, Azərbaycan xalqı dövləti və ordusu ilə bir yerdə olduğunu, yumruq kimi birləşdiyini nümayiş etdirdi və elə bu inersiya ilə 44 günlük Vətən müharibəsində azğın, qaniçən, əsgər və zabit şərəfi olmayanların hərbi birləşmələrini müqəddəs torpaqlarımızdan iti qovan kimi qovdu.

Azərbaycan torpaqlarında acınacaqlı məğlubiyyətdən, darmadağından nəticə çıxarmayan Ermənistan indi də sərhədlərin delimitasiya və demarkasiya prosesində üstün mövqeyə sahiblənmək üçün davamlı təxribatlara əl atır, sərhəd bölgəsində vaxtilə işğal nəticəsində yaratdığı reallıqları qismən də olsa bərpa etməyə çalışır. Rəsmi İrəvanın bu məqsədlə noyabrın 16-da gerçəkləşdirmək istədiyi növbəti təxribat Azərbaycan Ordusunun sərt tədbirləri nəticəsində iflasa uğradı, düşmən çoxsaylı itkilər verərək geri çəkilmək məcburiyyətində qaldı”.

Elçin Mirzəbəyli qeyd edib ki, Ermənistan hakimiyyətinin Azərbaycanı həm də beynəlxalq təzyiq qarşısında qoymaq məqsədilə gerçəkləşdirməyə çalışdığı hərbi avantüranın beşiyindəcə boğulması, düşmənin bu niyyətini də gözündə qoydu:

“Baş verənlərlə bağlı ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələrin bəyanatlarında Ermənistanın pozmağa çalışdığı proseslə - sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulandı. Eyni yanaşma Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon söhbətində də nəzərə çarpdı.

Bu isə yaranmış vəziyyətə münasibət bildirən beynəlxalq təşkilatların və dövlətlərin mövqeyi ilə Azərbaycanın mövqeyinin üst-üstə düşdüyünü təsdiqləyən amil kimi dəyərləndirilməlidir. Çünki Azərbaycan artıq uzun müddətdir ki, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış etdiyi halda, Ermənistan nəinki bu çağırışlara reaksiya vermir, prosesin dalana dirənməsi, bölgədə davamlı sülhün əldə olunmaması üçün əlindən gələni əsirgəmir.

Ermənistan rəhbərliyinin davranışlarında və yanaşmalarında isə yeni heç nə yoxdur. Məzmun və hətta forma etibarilə eyni təxribatların müəyyən fasilələrlə həyata keçirilməsinə, Azərbaycanın günahkar kimi təqdim edilməsinə çəhd göstərilir. Tutarlı cavablarını aldıqları təqdirdə isə, Nikol Paşinyan və Ermənistanın hərbi-siyasi rəhbərliyinin digər tör-töküntüləri telefondan asılı qalır, ənənələrinə uyğun bir şəkildə, klassik erməni həyasızlığı, qorxaqlığı və hiyləgərliyi ilə ayrı-ayrı ölkələri və təşkilatları şantaj etməkdən belə çəkinmirlər.

Ermənistanın son hərbi təxribatı bir daha sübuta yetirdi ki, bu ölkə ilə hələ uzun illər normal münasibətlər qurmaq, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranmaq mümkün olmayacaq. Bu ölkə ilə danışıqlar masası arxasında, sivil bir şəkildə heç bir məsələni həll etmək mümkün deyil və Dəmir Yumruq bir an da olsa belə, Ermənistanın başı üzərindən çəkilməməlidir.

Qismətimizə dünyanın ən ləyaqətsiz, riyakar, şərəfsiz bir toplumu ilə yanaşı yaşamaq düşüb. 200 il öncə “həyat fəlsəfəsi” xəyanət və əxlaqsızlıqdan ibarət olan bu mənfur tayfanı tarixi torpaqlarımıza köçürənlər, bu bölgəni əbədiyyətədək qan çanağına, fəlakətlər yuvasına çevirmək məqsədi güdüblər. Bu oyunu pozmaq, İlhahi Ədaləti bərqərar etmək, bölgədə sülhü, əminamanlığı, təhlükəsizliyi təmin etmək isə bir xalq olaraq bizim üzərimizə düşüb.

Təəssüf ki, ölkəmizin və bölgəmizin işıqlı gələcəyi naminə övladlarımız canlarını qurban verir, sağlamlıqlarını itirirlər. Düşmən bizdən dəfələrlə çox itkiyə məruz qalsa da, bizim üçün hər bir əsgərimizin canı minlərlə mənfur erməni zabitindən daha dəyərlidir. Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində də, Ermənistanın son hərbi avantürasının qarşısını alanda da şəhidlərimizin qanını yerdə qoymadı. Düşmən dəfələrlə çox itki verərək geriyə çəkilmək məcburiyyəytində qaldı. İndi Ermənistan itkilərinin sayını azaltmaq üçün, məhv edilmiş əsgər və zabitlərinin itkin düşdüyünü bildirir. Ermənistan Ordusu rəsmi açıqlamalarında 20-dən çox hərbçisinin öldüyünü, 40 nəfərin isə yaralandığını bəyan edib. Bununla yanaşı, Ermənistan ordusunun son açıqlamasında daha 24 erməni hərbçisinin taleyi barədə heç bir məlumatın olmadığı, 14 nəfərin isə əsir düşdüyü vurğulanır. Həmçinin qeyd olunur ki, Ermənistan ordusu əvvələki mövqelərindən ikisini də itirib”.

Ekspert bildirib ki, Ermənistanın səhiyyə naziri Anait Avanesyanın qan tədarükü ilə bağlı əhaliyə müraciət etməsi, yaralıların sayının rəsmi açıqlamalarda qeyd olunduğundan dəfələrlə çox olduğunu təsdiqləyir:

“Qeyd edim ki, Anait Avanesyan mətbuata açıqlamasında COVİD-19 yeni növ koronavirus pandemiyası ilə bağlı donorların sayında azalma baş verdiyini, bu səbəbdən qan ehtiyatları ilə bağlı problemin mövcudluğunu etiraf edib. Ermənistan Səhiyyə naziri əhalini yaralıların qanla təmin edilməsində fəal olmağa çağırıb.

Bu baxımdan, 44 günlük Vətən müharibəsində olduğu kimi, Ermənistan müdafiə nazirliyinin ölü sayını fasilələrlə açıqlayacağını və itkilərin sayının indikindən dəfələrlə çox olduğunu düşünürəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər