23 Noyabr 2021 12:41
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kütləvi ixtisarlar müşahidə olunur, yüzlərlə işçi ixtisara düşür. İslahatlar çox vacibdir, normaldır. Amma ixtisarların kütləvi hal alması yaxşı deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, deputatlar şəhid ailələri, qazilərlə fəal işləyir, onların işlə təmin edilməsi üçün çalışır:

“Mən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən xahiş edirəm bu istiqamətə diqqət ayırsın. İxtisarlarla bağlı statistika varmı? Və ixtisar olunan insanlara əlavə işlər təklif edilirmi?”.


Müəllif: Nemət

Oxşar xəbərlər