24 Noyabr 2021 17:25
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə tərəflər Azərbaycan və Rusiya əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi diqqətə alınaraq, bu xüsusda müvafiq tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər