2 Dekabr 2021 13:52
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun dekabrın 1-də başlayan növbəti iclası yaxın günlərdə davam etdiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi məlumat yayıb.

“Görüş dünən başlayıb, lakin hələ yekunlaşmayıb. Hazırda görüşün vaxtı və yeri barədə dəqiq məlumat yoxdur”, - ofisdən bildirilib.

Nəticələrə gəlincə, bu barədə yalnız görüşdən sonra danışmaq mümkün olacaq.

Qeyd edək ki, dekabrın 1-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun iclası keçirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər