3 Dekabr 2021 12:24
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qoşulmama Hərəkatının parlament şəbəkəsinin yaradılmasını uğurlu addım hesab edir və bu münasibətlə Milli Məclisi nümayəndələrini təbrik edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında gələn ilin dövlət büdcə zərfinə daxil olan qanun layihələrinin III oxunuşdan keçməsindən sonra Baş nazir Əli Əsədov çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Milli Məclis 2022-ci il üçün dövlət büdcəsini səmərəli və aktiv müzakirə edib:

“Millət vəkillərinə qaldırdıqları suallara və tövsiyələrə görə təşəkkür edirəm. Həmçinin büdcə layihəsinin səmərəli və effektiv müzakirəsini təşkil etdiyi üçün Milli Məclis sədrinə, komitə rəhbərlərinə təşəkkürümü bildirirəm. Milli Məclisdə deputatların qaldırdığı suallar hökumətin iqtisadi bloku tərəfindən cavabandırılıb”.

Baş nazir bildirib ki, 2022-ci ilin dövlət büdcəsi miqyasına, gəlir və xərcləri, habelə sosial xarakterinə görə, müstəqil Azərbaycanın ən böyük büdcə sənədidir.

“Bir il əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbəriyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib. Nəzərə alınmalıdır ki, yeni çağırışlar əsas maliyyə sənədi olan dövlət büdcəsində də nəzərə alınıb”, - Əli Əsədov deyib.

Baş nazir bildirib ki, ölkədə qazlaşdırma 96 faizdən çox aparılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər