17 Dekabr 2021 11:43
5 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlham Əliyev-Nikol Paşinyan görüşündə razılaşdırılan, Azərbaycandan başlayaraq Ermənistandan keçərək Naxçıvana çatan dəmir yolu xətti bir çox ilkləri də özü ilə gətirəcək”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzetində dərc olunmuş məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycandan başlayaraq Ermənistan ərazisindən Naxçıvana qədər dəmir yolu xətti və avtomobil yolunun tikintisinə dair razılığa gəliblər:

“Bu dəmir yolu həm də Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinə güc qatacaq.

Xəttin Ermənistan hissəsinin keçəcəyi Zəngəzur bölgəsində 43 kilometrlik hissənin tikintisi ilə bağlı Azərbaycan və Rusiya arasında danışıqlar aparılacaq. Dəmir yolu xətti ilə paralel olaraq avtomobil yollarının da istifadəyə veriləcəyi gözlənilir.

Nəqliyyat və İnfrastruktur Nazirliyi rəsmiləri bu işin Türkiyə iqtisadiyyatına müsbət təsir göstərəcəyini bildirirlər. Strateji əhəmiyyətli Zəngəzur dəhlizində yerləşən xəttin ən mühüm qazancı yeni və sürətli dəmir yolu xətlərinin olması olacaq. Bundan əlavə, tranzitdən böyük iqtisadi üstünlüklər də əldə ediləcək.

Rəsmilər Zəngəzur dəhlizinin Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik olduğunu bildirirlər. Dəhliz Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan arasında dəmir yolu şəbəkəsini genişləndirəcək ki, bu da regional ticarətə müsbət təsir göstərəcək.

Zəngəzur dəhlizinin gələcəkdə Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacağı gözlənilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər