20 Dekabr 2021 12:04
305
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi parlamentdə müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.
Dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Həmçinin Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Deputat Sabir Rüstəmxanlı qanun layihəsini dəstəkləyib. Eyni zamanda bildirib ki, qaldırdığı məsələ daha çox deputatların səlahiyyət müddəti bitdikdən sonrakı taleyi ilə bağlıdır:” Dünyanın bəzi ölkələrində diplomatik pasport həmişəlik verir. Bizdə millət vəkilinin səlahiyyət müddəti bitdikdən sonra geri qaytarılır. Məncə, biz bunun haqqında düşünməliyik, dövlət orqanları qarşısında bu məsələni qaldırmaq olar. Ömrünün böyük hissəsi parlamentdə olub, sonra səlahiyyət müddəti başa çatıb, xaricə gedib-gəlib. Seçilməyəndə də ölkədə fəaliyyət göstərir. Belə adamların sayı 200-dən çox olmaz. Məncə, deputatların səlahiyyət müddəti bitdikdən sonra diplomatik pasportunu qaytarmaq doğru deyil”.

Deputat Fəzail İbrahimli də təklifi dəstəkləyib.

Məlahət İbrahimqızı bildirib ki, bəlkə də bir neçə dəfə deputat seçilənlərlə bağlı belə qərar verilə bilər.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, deputatların diplomatik pasportu daha çox “Deputat statusu haqqında” qanunla tənzimlənir: “Mən yeni təşəbbüslərə əsas görmürəm. Amma ümumi fikir olarsa, biz komitədə müzakirə edə bilərik”.


Müəllif: Nemət

Oxşar xəbərlər