21 Dekabr 2021 11:51
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan özünün sosial dövlət statusunu qoruyub saxlayır. Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində insan faktoru dayanır. Məhz insan kapitalına, vətəndaşın sosial qayğılarının qarşılanmasına yönələn siyasətin hədəfi budur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, ölkəmizdə vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir: “Dövlət başçısının bu günlərdə imzaladığı yeni Fərman və Sərəncamlar bu istiqamətdə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin etdi”.

Millət vəkili hesab edir ki, bu islahatlar “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır:

“Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. Bu islahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Həmçinin Prezident İlham Əliyevin 2021-ci il 17 dekabr tarixdə imzaladığı Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçini əhatə edəcək”.

Cavid Osmanova görə, dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb:

“Son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, əməyin leqallaşdırılmasını da stimullaşdırır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər