27 Dekabr 2021 11:24
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət büdcəsi zərfi Milli Məclisə daxil olan zaman həmkarlarım yerli məsələlərlə bağlı məsələlər qaldırıb. Hesab edirəm ki, büdcə zərfi ilə yanaşı investisiya proqramları da təqdim edilməlidir. Bu zaman bilinər ki, ötən il hansı işlər görülüb və növbəti ildə hansı işlər görüləcək. Hansı şəhərlərdə, rayonlarda, kəndlərdə layihələr həyata keçiriləcək”.

Bunu Milli Məclisdə cari məzələlərin müzakirəsi zamanı Əli Məsimli deyib.

Deputat bildirib ki, onun özü də büdcə zərfinin müzakirəsi zamanı məsələ qaldırıb:

“Şəkinin su problemi ilə bağlı məsələni qaldıranda deyilmişdi ki, 2012-ci ildə işlər başa çatdırılacaq. İndi 2021-ci il tamam olur. Hesab edirəm ki, bu məsələlərə diqqət etmək lazımdır. Şəki YUNESKO-nun siyahısına düşmüş şəhərdir. Yollar da bərbad durumdadır”.

Deputat Əli Məsimli qeyd edib ki, Şəkinin qazlaşdırma problemini də qaldırıb:

“Bir neçə yaşayış məntəqəsi ilə bağlı qazlaşdırma məsələni qaldırmışıq. Yaxşı haldır ki, buna müsbət cavab gəlib. Amma indiyə qədər bu istiqamətdə addımların atılmaması bizdə narahatlıq yaradır”.


Müəllif: Nemət

Oxşar xəbərlər