31 Yanvar 2022 14:45
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycanın müstəqilliyinin 30 illiyi, Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə yayımlanan “Hakimiyyət formulu” verilişində Azərbaycanın inkişaf planları geniş auditoriyaya çatdırılır. Nüfuzlu telekanalda bu formatda Azərbaycana efir vaxtının ayrılması təsadüfi deyil. Bu, ilk növbədə Rusiya cəmiyyəti üçün Azərbaycanın maraq kəsb etdiyini, eyni zamanda ölkəmizin bölgədə söz sahibi olduğunu bir daha təsdiqləyir. Verilişdə 10 il əvvəl və bugünkü Azərbaycanın müqayisəli təhlili təqdim olunur və qeyd olunur ki, bütün inkişaf planları reallaşıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun fikrincə, verilişə baxdıqda bir daha aydın olur ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri uğurla icra edilib: “Beynəlxalq təşkilatlarda ölkəmizin artan nüfuzu, eyni zamanda koronavirus pandemiyasına qarşı mübarizədə irəli sürülən qlobal təşəbbüslər təqdir olunur. Bütün bunlar ölkəmizin hədəflədiyi böyük uğur kimi dəyərləndirilir. Bu vaxta qədər də Rusiya daxil olmaqla müxtəlif ölkələrə məxsus telekanallarda Azərbaycanla bağlı videomateriallar təqdim olunub. 2020-ci ildən etibarən bütün təqdimatlarda Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə ayrıca yer ayrılır. “Hakimiyyət formulu”nda da müəllif, təcrübəli jurnalist Mixail Qusmana müsahibəsində Prezident İlham Əliyev tarixi Azərbaycan torpaqlarının azad olunmasından danışıb. Həmçinin verilişdə işğaldan azad edilmiş torpaqların sürətli bərpası xüsusi qeyd olunub”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev növbəti yarım əsr üçün Azərbaycanın əsas prioritetlərini də açıqlayıb: “Xüsusilə enerji, nəqliyyat sektorunda ölkəmiz mühüm aktorlardan biridir və dövlət başçımızın da söylədiyi kimi, biz nəqliyyat sahəsində elə infrastruktur yaradırıq ki, o, əsrlər boyu ölkəmizin rifahı naminə işləyəcək. Eyni zamanda insan kapitalının inkişafı qarşıya qoyulan hədəflərə çatmaq üçün əsas vasitələrdən biridir. Azərbaycanın növbəti dəfə multikultural ölkə kimi təqdim olunması da vacib elementlərdən biridir. Müəllifin “Multikulturalizm azərbaycanlıların qanındadır” söyləməsini xüsusilə münaqişənin həllindən sonra Ermənistandan tərəfindən azərbaycanlılar haqqında səslənən əsassız ittihamlara ən yaxşı cavab kimi dəyərləndirmək olar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər