1 Fevral 2022 11:51
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yeni məcəllənin qəbul edilməsi təklif edilir.

Teleqraf.com-un məlumatına görə, bu təkliflə deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda Sosial Rifah Məcəlləsinin qəbul edilməsinə ehtiyac var.

“Bir çox Avropa ölkələrində bu cür məcəllələr var. Bu cür məcəllə Azərbaycanda həyata keçirilən sosial siyasətin fəlsəfəsinə uyğun olar və ölkə Prezidentinin sosial islahatlarının qanunvericilik tərəfindən dəstəklənməsi üçün əhəmiyyli ola bilər”, - deyə deputat bildirib.

V.Bayramov həmçinin süni qiymət artımı ilə mübarizə istiqamətində qanunvericiliyə əlavələrin olmasını təklif edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər