"Azərbaycan-ABŞ əlaqələri son 30 ildə inkişaf, dostluq və tərəfdaşlıq baxımından uğurlu olub".
Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan 11 sentyabr terrorundan sonra ABŞ-ın başlatdığı mübarizədə hərbi və logistik dəstək göstərib:
"Azərbaycan son 30 ildə yaxşı dost olduğunu sübut edib. Öz növbəsində ABŞ-ın Azərbaycana dəstəyi ölkəmizin suverenliyi və müstəqilliyini gücləndirir. Bu dəstəyin regional təhlükəsizliyin vacib komponenti olduğu təsdiq edilib".
Prezidentin köməkçisi, həmçinin Azərbaycanın ABŞ-a İraq və Əfqanıstandakı missiyalarında dəstəyini vurğulayıb.