14 Fevral 2022 10:52
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnformasiya inqilabı, sosial şəbəkələr və dezinformasiya fenomeni bir çox ölkələrdə hüquqi qanunvericilik sahəsində çox ciddi çağırışları qarşıya çıxarıb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı kitab təqdimatına həsr edilmiş konfransda “Dezinformasiya və milli təhlükəsizliyə təhdidlər: hüquqi-qanunvericilik sahəsində mövcud çağırışlar” mövzusunda çıxış edərkən bildirib.

Ə.Hüseynli sözügedən məsələ ilə bağlı dünyada və ölkədəki duruma diqqəti cəlb edib: "Suveren dövlətlərin informasiya məkanı çoxsaylı təhdid və təzyiqlərə məruz qalır. Bununla yanaşı, adekvat milli qanunvericiliklərin işlənib hazırlanması gündəmdə prioritet məsələyə çevrilib. Bu məsələ dövlət atributlarından, fundamental insan, mülkiyyət hüququndan tutmuş bütün sahələri əhatə edir. Yeni yaranan və sürətlə inkişaf edən rəqəmsal kriptovalyutalar, onların milli iqtisadi və siyasi təhlükəsizliyə təhdidləri digər ayrıca bir istiqamətdir. Sadalanan bu və digər məsələlər bütövlükdə kiber təhlükəsizliklə bağlı olmaqla yanaşı, milli təhlüksizliyin önəmli sahələrindən birini təşkil edir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər