18 Fevral 2022 15:15
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Sevil Mikayılova Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 19-da İsrailə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən mərasimlərə İsrail Knessetinin deputatları, şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri qatılacaqlar.

Tədbirlərdə Xocalı soyqırımı nəticəsində həlak olan insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilən bu qətliam barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq.

Səfər çərçivəsində deputatımızın İsrail parlamentində Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşü nəzərdə tutulub.


Müəllif: Nemət

Oxşar xəbərlər