20 Fevral 2022 20:12
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova parlamentinin sədri İqor Qrosu Azərbaycana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, İ.Qrosu Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə Bakıya səfər edəcək. Səfər fevralın 21-dən 23-dək baş tutacaq.

Azərbaycanın parlamenti ilə dostluq qrupunun üzvü olan deputat Vitali Jakot da spikerlə birlikdə Azərbaycana səfər edəcək.

Səfər zamanı İ.Qrosu Sahibə Qafarova, Baş Nazir Əli Əsədov və Moldova diasporu ilə görüşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər