2 Mart 2022 14:35
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən Müharibəsində Azərbaycanın tarixi qələbəsindən sonra bölgədə yeni bir reallıq yaranıb. Dövlətimizin həyata keçirdiyi uğurlu strategiya ölkəmizin, regionun və qlobal miqyasda siyasi yanaşmaların istiqamətini dəyişib. Formalaşmış yeni platforma məhz dövlətlər, xalqlar arasında olan əlaqələri, mədəni, siyasi münasibətlərin inkişafına zəmin yaradıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün demokratik dəyərlərə sadiq qaldığını bir daha açıq şəkildə sübut etdi: “Ölkəmizin tarixi qələbəsi yaradılmış yeni şərait müasir çağırışları özündə ehtiva edir. Artıq Cənubi Qafqazda sülhə, təhlükəsizliyə təhdid yaradacaq problem mövcud deyil”.

Millət vəkili hesab edir ki, ölkəmiz artıq regional və qlobal problemlərin həlli üçün öz vasitəçilik missiyasını təklif etməklə dövlət siyasətinin mahiyyətindən çıxış edir: “Rusiya Ukrayna müharibəsi fonunda məhz Bakı və İstanbulun tərəflər üçün danışıq məkanı kimi təklif edilməsi heç də təsadüfi deyil. Azərbaycan Ukrayna və Rusiya ilə yüksək münasibətlərə malikdir. Dövlətimizin siyasi strategiyası bütün qonşuları, dost və tərəfdaşları ilə sıx münasibətlərin olmasına hesablanıb”.

İlham Məmmədova görə, Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasət məhz Azərbaycanın bütün bölgə üçün açıq, dialoqa və tərəfdaşlığa maraqlı olduğunu göstərir: “Sözsüz ki, bütün müharibələr kimi Ukrayna-Rusiya münaqişəsi də ədalətli bir şəkildə sonlanacaq. Dövlətlərin yanaşması, sərgilənən siyasət bu zaman bir daha açıq şəkildə özünü biruzə verəcək. Bu gün Azərbaycan bölgənin gələcəyi üçün yeni təşəbbüslərlə çıxş edir. Təklif edilən “3+3” platforması məhz dövlətlər arasında əlaqələrin yeni bir müstəvidə inkişafına zəmin yarada bilər. Bununla da daimi sülhün təminatı üçün əsaslar formalaşar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər