15 Mart 2022 17:19
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən ildən başlayaraq bizim əsas taxıl idxal etdiyimiz ölkə Rusiyadır.

Teleqraf.com-un məlumatına bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.

O qeyd edib ki, Rusiya hökuməti taxılın ixracı ilə bağlı rüsumları artırıb.

“Təbii olaraq, bu, qiymət artımları buğda və un məmulatlarında özünü göstərib. Azərbaycan dövləti bu fərqləri bağlamaq üçün 75 milyon manata qədər subsidiya verib.

Bu, müharibəyə qədər olan dövr idi. Son günlər olan proseslər və idxalın əsas ölkəsi olan Rusiyanın ixraca qadağa qoyması nəzərə alınmalıdır. Ancaq bu gün xəbər yayıldı ki, Rusiya ixraca qadağanı aradan qaldırıb. Bizim kifayət qədər taxıl ehtiyatımız var. Məsələ tək taxıl məhsulu ilə bağlı deyil, uşaq qidalarından tutmuş, logistikaya qədər bir sıra məsələlər var. Diqqətinizə çatdırım ki, 11-12 əsas məhsulla bağlı heç bir problem olmayacaq. İnanırıq ki, sülh qələbə çalacaq və bu məsələ də öz həllini tapacaq”, - deyə Baş nazir əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər