31 Mart 2022 13:55
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanı 20 minə yaxın azərbaycanlı tərk edib.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, 4 minə yaxın azərbaycanlı məhz Polşa ərazisinə keçməklə Ukraynanı tərk edib. “Buna yaratdığı şəraitə görə Polşa tərəfinə təşəkkürümüzü bildiririk”, - deyə nazir qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər