23 May 2022 13:33
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə səfərdə olan Kanada parlamentinin İcmalar Palatasının Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri bu gün Şəhidlər xiyabanını ziyarət ediblər.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək, üzərinə tər güllər qoyub.

Qonaqlar, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən kanadalı deputatlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Kanada ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tural Gəncəliyev müşayiət edib.


Müəllif: Nemət