"Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcadır".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb:
"Bu, diplomatik binaların toxunulmazlığı prinsipini birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, təhlükəsiz olduqlarını görməkdən məmnunam. Vətəndaşlarımızın, o cümlədən səfirlik əməkdaşlarının təhlükəsizliyi bizim əsas prioritetimizdir! Hazırda Londonda olan Azərbaycan diplomatları təzyiq və təhlükə altında olsa da, işlərini davam etdirirlər”, - səfir qeyd edib.