20 Sentyabr 2022 23:02
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin Fransadakı səfirliyi Fransada yaşayan erməni fanatiklər tərəfindən Parisdəki səfirliyin binasına edilən hücumdan sonra Fransa səlahiyyətli orqanlarından bir sıra tədbirlər görməyi tələb edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyinin tvitterə paylaşımında bildirilir.

Azərbaycanın Parisdəki səfirliyi Fransanın səlahiyyətli orqanları qarşısında aşağıdakıları tələbləri irəli sürüb:

1. 18 sentyabr 2022-ci ildə erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılsın;

2. Ona hüquqi qiymət verilsin;

3. Bu hücumun vurduğu ziyan aradan qaldırılsın;

4. Qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olmasını təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər