1 Oktyabr 18:00
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bütün tərəfdaşları ilə yüksək səviyyəli münasibətlərin qorunub saxlanılmasında və inkişafında maraqlıdır. Ölkəmiz həm ikitərəfli, həm də çoxşaxəli əməkdaşlığa böyük önəm verir. Bu, Azərbaycanın xarici siyasət kürsunda mühüm yer tutur. İstər enerji, istərsə də digər sahələrdə Azərbaycanla Avropa Birliyi ölkələri və bu qitədə aparıcı mövqe tutan dövlətlərlə çox yaxşı münasibətlər formalaşıb. Azərbaycanın dayanıqlı siyasət kursu və strateji hədəfləri məhz bu amilləri təmin edib.

Bunu Teleqraf.com-a Prezident İlham Əliyevin Bolqarıstana səfərinin əhəmiyyətini şərh edən Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Deputat hesab edir ki, Bolqarıstanın NATO və Avropa İttifaqına üzv olguğunu nəzərə alsaq Bakı və Sofiya arasında strateji əməkdaşlıq münasibətlərinin əhəmiyyəti xüsusi ilə önəm kəsb edir: “İki ölkə arasında münasibətlər dövlətlərin maraqlarına uyğun olaraq yüksələn xətlə inkişaf edir. Azərbaycanla Bolqarıstan arasında münasibətlərin daha da dərinləşməsində Prezident İlham Əliyevin bu ölkəyə səfəri və əldə olunan razılaşmalar mühüm amil kimi qiymətləndirilir”.

Millət vəkili indiki halda Avropa enerji bazarında yaranmış çətin vəziyyəti nəzərə alaraq Azərbaycanın bu ölkələrlə əməkdaşlığı həssaslıqla izlənilir: “Çünki Avropa enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolu yeni bir situasiya formalaşdırır. Bu xüsusda sözsüz ki, Azərbaycanın Avropaya ilə geniş sferada qarşılıqlı maraqlar konteksində hərtərəfli əlaqələri sağlam dayaqlar üzərində inkişaf edir”.

Aqil Məmmədov TAP və TANAP kəmərlərinin əhəmiyyətini qiymətləndirərkən Azərbaycanın Avropa enerji təminatında etibarlı tərəfdaş olduğunu söyləyib:

“Eyni zamanda Azərbaycan Xəzərdə, Bolqarıstan isə Qara dənizdə strateji mövqeyə malikdir. Məhz bu baxımdan müvafiq potensialların reallaşdırılması hər iki ölkə üçün yeni imkanlar yaradır. Bununla yanaşı Orta Dəhliz layihəsinin potensialı və bu nöqteyi-nəzərdən nəqliyyat sahəsində Azərbaycan-Bolarıstan əməkdaşlığının yeni səviyyəyə çatması böyük bir perspektivdən xəbər verir. Bu layihə üzərindən Şərq-Qərb tranzit dəhlizi ilə yükdaşımalarının əhəmiyyətli dərəcədə artması ölkələr arasında ticarət və iqtisadi sahədə yeni bir müstəvidə imkanların açılması da artıq zəruri bir hala çevrilib”.


Müəllif: Tapdıq Qurbanlı