15 Oktyabr 2022 22:29
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin xarici işlər nazirləri Şurasının növbəti toplantısı oktyabrın 17-də keçiriləcək.

Teleqraf.com xəbər verir ki, görüş TDT-nin Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Zirvə sammitinə hazırlıq məqsədi daşıyır.

Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın xarici işlər nazirləri iştirak edəcək. Təşkilata müşahidəçi qismində üzv olan Macarıstan və Türkmənistanın XİN başçılarının da iclasda iştirakı gözlənilir.

Görüş yerli vaxtla 13:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər