21 Noyabr 2022 18:00
4 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda öz davranışları və açıqlamaları ilə danışıqlar prosesini pozur. Bunu Rusiya və ABŞ da çox yaxşı anlayır. Çünki imzalanan sülh müqaviləsi keçid xarakterli ola bilməz. Əgər hansısa bir sülh müqaviləsi imzalanırsa, burada bütün məsələlər həllini tapmalıdır.

Bunu Teleqraf.com-a politoloq Zaur Məmmədov deyib.

O hesab edir ki, sülh müqaviləsində iki dövlətin mövqeyi tam şəkildə öz əksini tapmalıdır: “Məhz bundan sonra Azərbaycanla Ermənistan arasında yeni bir müharibə riski aradan qalxmış ola bilər. Paşinyanın özü bir ay öncəki çıxışında deyirdi ki, sülh sənədinə imza atmalıyıq. Amma bu elə bir sənəd olmalıdır ki, problemlər gələcəyə qalmasın. İndiki şəraitdə Nikolun dedikləri bir daha göstərir ki, o, sabit düşüncəyə malik siyasətçi deyil”.

Zaur Məmmədova görə, Paşinyan qeyri-professional hərəkətləri ilə əslində elə ilk növbədə özünü aldatmaqla məşğuldur:

“Təbii ki, onun bu açıqlamaları rədd edilir. Ermənistan tərəfi başa düşməlidir ki, onların bu cür hərəkətləri regionda yeni bir müharibəni labüd edir”.

Politoloqun fikrincə, dünya praktikasında keçid sülh müqaviləsi adlanan bir təcrübə mövcud deyil:

“Əslində keçid sülh müqaviləsi nəyi ehtiva edir? - Paşinyan iöncə bunun haqqında danışmalıdır. Sülh müqaviləsi odur ki, Azərbaycanla Ermənistan arasında heç bir ərazi mübahisəsi yoxdur. Keçid sülh müqaviləsində isə Nikolun iddiası ilə əsas problemlərin gələcəkdə müzakirəyə saxlanılması ehtiva edilir. Bu da sülh müqaviləsi hesab edilmir. Eyni zamanda bununla 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtlərindən də yayınılmış olunur. Praqa, Soçi, Moskva, Brüssel görüşlərində Paşinyan öz üzərinə götürdüyü öhdəliklərdən qaçmaq niyyətini güdür. Əslində isə erməni baş nazir qısa zamanda sülh müqaviləsinin imzalanması ilə bağlı xəbərdarlıq almışdı. Ona görə də o, indiki halda keçid sülh müqaviləsindən danışır. Bununla da özünü “rassional diplomat” kimi aparmağa çalışır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər