6 Dekabr 2022 09:05
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Türkiyə ordusunun birlikdə cənub regionumuzda hərbi təlimlər keçməsi birmənalı İrana mesajdır. Mesajın mahiyyəti belədir: nəsə etsəniz, biz hazırıq. Bu, əslində rəsmi mesajdır”.

Bunu Teleqraf.com-a hərbi ekspert Azad İsazadə hazırda Türkiyə ilə birlikdə Azərbaycan ordusunun Astarada keçirdiyi hərbi təlimlər haqqında danışarkən bildirib.

Azad İsazadə xatırladıb ki, indi İran daxilində proseslər elə sürətlə cəryan edir ki, nəticədə Tehran hökuməti məcbur olub islahatlara gedir:

“Məsələn, çadraya, hicaba baxan. Əxlaq polisi adlı qurumu ləğv edilib. Yəqin ki, başqa islahatlara da gediləcək. Söhbətlər gəzir ki, konstitusiyaya da müəyyən dəyişikliklər ola bilər. Qısacası, dini liberallaşma prosesi ilə etiraz aksiyalarını söndürmək istəyirlər. Əslində isa etiraz aksiyaları çox güclənib və bu proses ABŞ başda olmaqla, əksər Qərb ölkələri tərəfindən də dəstəklənir. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyənin təlimləri həm də belə bir atmosferdə keçir”.

Hərbçi ekspertin qənaətincə, burada ikinci məqam odur ki, Azərbaycan soydaşlarını müdafiə edə biləcəyini nümayişç etdirir.

Onun sözlərinə görə, sabah İranda daxili vəziyyət kəskinləşsə və vətəndaş müharibəsi başlasa, biz orada yaşayan qardaşlarımızı müdafiə etməyə hazırıq. Məsələn, qardaş Türkiyə İraq və Suriyada anti-terror əməliyyatları keçirir. Türkiyə rəsmən elan edir ki, Suriya torpaqlarında gözü yoxdur və bu ölkənin ərazi bütövlüyünü tanıyır. Biz də demirik ki, həmin torpaqlarda gözümüz var, deyirik ki, orada yaşayan soydaşlarımızı ən pis halda müdafiə edəcəyik”.

Ekspert əmindir ki, İran uzun illər Ermənistana dəstək verməklə və Azərbaycanı ziflətmək xəttini tutub və bu, İran maraqları baxımından çox səhv siyasət olub.


Müəllif: Nemət

Oxşar xəbərlər