22 Dekabr 2022 01:21
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 21-də Azərbaycana işgüzar səfəri ilə bağlı feysbuk hesabında paylaşım edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısının paylaşımında qeyd olunub: “Yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və Serbiya ilə səmimi dostluğa görə Azərbaycan xalqına təşəkkür edirəm. Hər dəfə Bakıya gələndə çox böyük və inanılmaz irəliləyiş görürəm. Bu da liderliyin gücünün, Prezident İlham Əliyevin uzaqgörənliyinin və ölkəsinə böyük sevgi ilə rəhbərlik etməsinin göstəricisidir. Azərbaycanın səmimi dostları olaraq bu, bizi çox sevindirir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər