“Azərbaycan üçün əsas prioritetlər dayanıqlı inkişafın və sülhün təmin edilməsidir”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın 2023-cü il üçün əsas prioritetləri dəyişməz olaraq qalacaq:
"Prioritet mühüm tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməkdir. Azərbaycan çoxtərəfli platformalar çərçivəsində də fəal olmaqda davam edəcək.
Bizim üçün əsas prioritetlər dayanıqlı inkişafın və sülhün təmin edilməsidir. Ümid edirik ki, qarşı tərəf də sülhə yönələcək. Nəqliyyat kommunikasiyalarının inkişaf etməsini və sülh müqaviləsinin imzalanmasını görmək istərdik”, - C.Bayramov bildirib.