Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsveçin NATO-dakı səfiri Aksel Vernhoffla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə NATO tərəfdaşlığı, Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi, eləcə də Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə olunub.