9 Mart 2023 10:36
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi Davosa çevrilib".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko deyib.

O qeyd edib ki, “şərlə mübarizə” üsullarının müzakirəsinin intensivləşdirilməsi çox vacibdir.

Sabiq prezidentin sözlərinə görə, hazırda Avropa ölkələrində bir neçə münaqişə ocağı qalmaqdadır.

“Biz Avropanın elə bir bölgəsində yaşayırıq ki, burada Gürcüstanda, Qarabağda, Dnestryanı bölgədə, Ukraynada münaqişələr var, ancaq bu münaqişələrin hər birində təcavüzkar eynidir”, - Yuşşenko bildirib.

“Bu gün elə bir dövlət yoxdur ki, onun üçün təhlükəsizlik məsələsi vacib olmasın”, - o deyib.

Xatırladaq ki, bu gün Azərbaycanın paytaxtında 10-cu Qlobal Bakı Forumu işə başlayır. Forumun builki mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” olacaq.

Qlobal Bakı Forumu Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər