14 Mart 2023 12:31
242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Novruzun sonuncu çərşənbəsi - ilaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Teleqraf.com xəbər verir ki, səfir bu barədə tviterdə paylaşım edib.

O, bu çərşənbənin torpağı simvolizə etdiyini xatırladıb.

Səfir, həmçinin plastik paketlərin istifadəsi ilə bağlı qəbul edilən yeni qanundan söz açıb:

“Plastik paketlər torpağı zədələyir. Eyni zamanda Azərbaycanın gözəl təbiətini çirkənləndirir”.

Diplomat hər kəsi plastikdən istifadəni azaltmağa çağırıb:

“Torpağımızı, planetimizi qorumaq üçün plastikdən istifadəni azaltmalıyıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər