15 Mart 2023 14:19
6 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər ötən gün Ermənistan və Qarabağda hələ də qalmaqda olan separatçılar daha da “cəsarətlənirlər”. Bu da sözsüz ki, narahatlıq yaradan bir haldır. Ona görə ki, prosesin üzərindən, yəni II Qarabağ müharibəsinin başa çatmasından üç ilə yaxın vaxt keçib. Bu müddət ərzində isə bir dəfə səsləri çıxmayan ermənilər və separatçıların ritorikasında dəyişiklik hiss olunur.

Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

Onun fikrincə, bu cür hallar yolverilməzdir: “Bunu onlara tanıyan qüvvələr var. Nikol Paşinyanla Vladimir Putin arasında son telefon danışığından sonra dövriyyəyə rusiyalı bir ekspert buraxdılar. Onun çatdırmaq fikirlər o idi ki, Putin guya Paşinyanı hədələyib və ona sülh müqaviləsini imzalamaqla bağlı təzyqilər göstərib.

Əslində isə bütün bunlar hiyləgərliyinin nümünəsi idi. Çünki sülh müqaviləsinin imzalanmasına əsas maneə məhz Rusiyanın tutduğu mövqedir. Əgər Rusiya üzərinə götürdüyü öhdəliyi icra etmirsə, bu o deməkdir ki, özünün və Ermənistanın maraqlarına qulluq edir”.

Polkovnik hesab edir ki, indiki həssas dönəmdə yeni müharibə riski olmasa da mümkün toqquşmalar qaçılmazdır: “Çünki mövqelərimiz atəşə tutulur, şəhidlər veririk, yaralılarımız olur. Amma bu hallar sonsuzluğa qədər davam edə bilməz. Ötən gün Azərbaycan Prezidentinin Almaniya kansleri ilə görüşündə bizi narahat edən bəzi məqamlar diqqətdən yayınmadı. Çünki Almaniya kansleri birmənalı olaraq Qarabağın Azərbaycana aid olduğunu demədi. Əslində bu, onların gələcək niyyətlərindən qaynaqlanan bir haldır. Almaniya gələcəkdə Fransa və Rusiya ilə separatçıların, “öz müqəddəratını” təyin etməsi məsələsinə açıq dəstək vermək niyyətindədir. Bu əslində təhlükəli presedentdir. Olaf Şolzun gülüb-ağlamağı bizi o qədər də maraqlandırmır. Çünki Şolz açıq şəkildə dedi ki, “biz Qarabağın müstəqilliyini əvvəllər tanımamışıq. Məhz bu ikibaşlı cümlələr erməni tərəfinə əlavə ümid verir”.

Üzeyir Cəfərova görə, indiki məqamda Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədində döyüş əməliyyatlarının olması mümkün deyil: “Amma antiterror əməliyyatlarının Qarabağda olması qaçılmazdır. Bunun da nə vaxt olacağını Azərbaycan rəhbərliyi həll edəcək. Eyni zamanda proseslərin gedişi onu göstərir ki, Azərbaycan tərəfi bundan sonra ancaq hərbi güc hesabına yerdə qalan məsələləri həll edəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər