2 Aprel 2023 22:52
2 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanovun Naxçıvandakı heykəlini sökdürənlər sabah da Bakıdakı heykəlinin sökülməsi məsələsini qaldıracaqlar.

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Nəriman Nərimanovun Naxçıvanda olan abidəsinin sökülməsinə münasibət bildirərkən qeyd edib.

“Nərimanov mürəkkəb tarixi şəraitdə, erməni-rus bolşeviklərinin əhatəsində Azərbaycanın mövqeyini kifayət qədər əzmkarlıqla qoruyub. Sovet dövründə kommunistlər uzun müddət onun adına yasaq qoydular. Heydər Əliyevin vaxtında Bakıda Nərimanovun heykəli qoyulanda ermənilər Moskvaya yazırdılar ki, Azərbaycanda Nərimanovşina dövrü başlanıb. İndi Nərimanova qarşı çıxanların o kommunistlərdən və ermənilərdən nə fərqləri var?”, - o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər